Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 18 aprel tarixində FHN-ə istinadən məlumat veririk.
Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb. Yaxınlıqdakı evlər alovdan mühafizə olunub.