5.8 C
Gence
5.8 C
Gence

Müharibə zamanı dağıdılmış evlərlə bağlı tender keçirilib

Gəncədə raket atəşi zamanı dağıdılmış evlərin bərpası ilə bağlı tender başa çatıb. Bu haqda 25 avqust tarixində Apa-ya istinadən məlumat veririk.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi erməni terroru zamanı dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satın alınması ilə bağlı tender keçirib. Müsabiqənin qalibi “Parlaq-N” MMC seçilib.

Şirkətlə 2 milyon 501 min 600 manatlıq müqavilə bağlanıb. Razılaşmaya əsasən, “Parlaq-N” MMC işləri bu ilin sonunadək yekunlaşdırmalıdır.

Ən Çox Oxunan