26.4 C
Gence
26.4 C
Gence

Müdafiə Nazirliyindən Gəncədəki partlayış səsləri ilə bağlı açıqlama

Gəncədə 13 oktyabr tarixində eşidilən partlayış səsləri ilə bağlı Müdafiə Nazirliyi açıqlama verib. Bu haqda Gencexeber.az Nazirliyin saytına istinadən məlumat verir.

Seyfəli poliqonunda istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların utilizasiyası həyata keçirilir. Əməliyyat Ordunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri tərəfindən aparılır.

Qeyd edək ki, nazirlik əhalini təşvişə düşməməyə çağırır və bildirir ki, narahatlığa heç bir əsas yoxdur.

Ən Çox Oxunan