Müdafiə nazirinin müavini Türkiyənin Gəncə şəhərindəki Baş konsulu ilə görüşüb. Bu haqda 7 fevral tarixində nazirliyə istinadən məlumat veririk.
Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Gəncəyə gəlib. O, burada Recep Öztopla görüşüb. Əfəndiyev Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı verib. Azərbaycanın hər zaman dost və qardaş ölkə Türkiyənin yanında olduğu qeyd edilib.
Baş konsul Recep Öztop göstərilən dəstəyə görə təşəkkürünü bildirib.