Gəncə təmsilçiləri yığmaya dəvət alıblar. Bu haqda 16 noyabr tarixində futbol klubuna istinadən xəbər veririk.
“Kəpəz”in futbolçuları Mahir Həsənov və Rüfət Əhmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə çağırılıblar.
Milli yığma beynəlxalq yoldaşlıq oyunu çərçivəsində 17 noyabr tarixində “Dalğa Arena”da Latviya ilə qarşılaşacaq. Həmçinin 21 noyabrda İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna komandası ilə mübarizə aparacaq.