Gəncəli şəxs vəzifədən azad olunub. Bu haqda 18 noyabr tarixində Prezident.az-a istinadən məlumat veririk.
Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sənədə əsasən, Mədət Qəzənfər oğlu Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad olunub.
Digər Sərəncama görə, o, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini olaraq fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Gəncədə anadan olub. 1965-ci ildə 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbi bitirib.
1975–1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını “Hüquqşunas” ixtisası üzrə bitirib.
O, ailəlidir və 4 övladı var.