24.7 C
Gence
24.7 C
Gence

Mədəniyyət Nazirliyinin nümayəndələri Gəncədə bir neçə teatra baş çəkiblər

Mədəniyyət Nazirliyinin əməkdaşları Gəncəyə səfər ediblər. Bu haqda 29 yanvar tarixində Azərbaycan Mədəniyyət Nazirliyi məlumat paylaşıb.

Səfərdə İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və baş məsləhətçi Emin Əliyev iştirak ediblər. Onlar Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovla birlikdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına, Gəncə Dövlət Dram Teatrına və Gəncə Dövlət Kukla Teatrına baş çəkiblər. Qonaqlar Filarmoniyanın “Göygöl” Dövlət mahnı və rəqs ansamblının, Dövlət kamera orkestrinin, Xalq çalğı alətləri ansamblının və “Xəmsə” estrada ansamblının konsert proqramlarını dinləyiblər.

Daha sonra onlar Gəncə Dövlət Dram Teatrında Əsgər Əsgərovun quruluşunda hazırlanmış “Cavad xan”, Gəncə Dövlət Kukla Teatrında Şamil Məmmədlinin quruluş verdiyi “Bizim bağın gözəli” tamaşalarına baxıblar. Nazirliyin heyəti teatrların yaradıcı kollektivləri ilə görüşüb, mövcud problemlər və gələcək inkişaf perspektivləri haqqında danışıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytından foto
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytından foto
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytından foto
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytından foto

Ən Çox Oxunan