Gəncədə növbəti tenderin nəticələri bəlli olub. Bu haqda 4 noyabr tarixində Fed.az-a istinadən məlumat veririk.
“Əsaslı Tikinti Və Təchizat” MMC 2 tenderə yekun vurub. “Mədəniyyət Nazirliyinin Gəncə Tarix-Diyarşünaslıq Muzeyi üçün konsepsiya layihəsinin hazırlanması, bədii tərtibat işlərinin aparılması, turniket sisteminin yaradılması işlərinin satın alınması” üzrə müsabiqə keçirilib.
Tenderin qalibi “TM Group” MMC olub. Tərəflər arasında 841 623 manatlıq müqavilə imzalanıb.