24.8 C
Gence
24.8 C
Gence

Mədəniyyət naziri Gəncədə muzey əməkdaşına irad bildirib

Mədəniyyət naziri Anar Kərimov Gəncə Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşına irad tutub. Bu haqda fevralın 3-ü Baku.ws-ə istinadən məlumat veririk.

Nazir muzeyə aid kitablardan birinin itməsinə münasibət bildirib.

“Necə yəni kitab itib? Kitab qiymətli bir vasitədir. Kitabda eksponatlar haqqında məlumatlar yer alıb. Siz muzeyin işçisisiniz və siz bilməlisiz. Araşdırın. İzahat verilməli və tədbirlər görülməlidir”, – deyə A.Kərimov bildirib.

Qeyd edək ki, Mədəniyyət naziri Anar Kərimov Gəncə şəhərinə səfərə gedib. O, yeni istifadəyə verilmiş Gəncə Dram Teatrında, Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinə, Gəncə Dövlət Kukla teatrına və digər mədəniyyət ocaqlarına baxış keçirib.

Ən Çox Oxunan