Gəncə Mədəniyyət evinin işçisi həyat yoldaşını bıçaqlayıb. Bu haqda 4 iyul tarixində Oxu.az-a istinadən məlumat veririk.
Şəmkir rayonunda 37 yaşlı Talihə Əliyeva bıçaqlanıb. İlkin məlumata görə, xəsarətlər ona əri Elçin Əliyev tərəfindən yetirilib. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Elçin Əliyev Gəncə Mədəniyyət evində çalışır.