Gəncədə imza günü keçiriləcək. Bu haqda 19 aprel tarixində CinemaPlus-a istinadən məlumat veririk.
Bir müddət öncə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından bəhs edən “Mübariz” filmi ictimaiyyətə təqdim olunub. Bazar günü, 23 aprel saat 17:00-da isə “Gəncə Mall”da yerləşən CinemaPlus-da filmin imza günü baş tutacaq.
Tədbirdə filmin aktyorları və çəkiliş heyəti izləyicilərlə görüşəcəklər. Daha sonra, 17:30-da onlarla birlikdə filmin seansı başlayacaq.
Biletləri www.cinemaplus.az saytından, CinemaPlus tətbiqindən və ya “Gəncə Mall” kinoteatrının kassalarından əldə etmək olar.