Şahmatçımızın olimpiadadakı növbəti rəqibi bəlli olub. Bu haqda 3 avqust tarixində Report-a istinadən məlumat veririk.
Yığmamız Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında iştirak edir. Çempionatın VI turunda qadınlardan ibarət komandamız Qazaxıstan seçməsinə qarşı mübarizə aparacaq. Təmsilçimiz Ülviyyə Fətəliyevanın rəqibi Qulisxan Naxbayeva olacaq.
Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.