21.4 C
Gence
20.5 C
Ganja

Ülviyyə Fətəliyeva rəqibini məğlub edib

Gəncəli şahmatçı BƏƏ-li rəqibinə qalib gəlib. Bu haqda 30 iyul tarixində Report-a istinadən məlumat veririk.

Hindistanın Çennay şəhərində Ümumdünya Şahmat Olimpiadası start götürüb. Qadınlardan ibarət yığmamızın ilk görüşü Birləşmiş Ərəb Əmirliklərinin seçməsinə qarşı olub. Burada gəncəli şahmatçı Ülviyyə Fətəliyeva rəqibi Essa Rudanı məğlub edib.

Qeyd edək ki, həm kişilər, həm də qadınlardan ibarət yığmalarımız ilk turu 4:0 hesablı qələbə ilə başa vurub.