Gəncəli şahmatçı israilli rəqibini məğlub edib. Bu haqda 2 avqust tarixində Report-a istinadən məlumat veririk.
Hindistanın Çennay şəhərində Ümumdünya Şahmat Olimpiadası keçirilir. Qadınlardan ibarət yığmamızın IV görüşü İsrailin seçməsinə qarşı olub. Burada gəncəli şahmatçı Ülviyyə Fətəliyeva rəqibi Mixal Lahava qalib gəlib.
Qeyd edək ki, qadınlardan ibarət yığmamız ilk iki turu 4:0, III turu isə 2,5:1,5 hesablı qələbə ilə başa vurub.