20.8 C
Gence
20.8 C
Gence

Ülviyyə Fətəliyeva ölkəmizi beynəlxalq festivalda təmsil edəcək

Gəncə təmsilçisi beynəlxalq yarışa qatılacaq. Bu haqda 3 may tarixində Şahmat Federasiyasına istinadən məlumat veririk.

4 may tarixində Bakıda Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalına start veriləcək. Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Baku Crystal Hall-da baş tutacaq.

Festivalda mübarizə aparacaq şahmatçıların adları açıqlanıb. Onların arasında Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyeva da yer alıb. Şahmatçılar üç qrupda (A, B və C) mübarizə aparacaqlar. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Ümumilikdə festivalda iştirakla bağlı 23 ölkədən 607 şahmatçı qeydiyyatdan keçib. İştirakçılar sırasında 44 beynəlxalq qrosmeyster, 44 beynəlxalq usta və 41 FİDE ustası var.

Beynəlxalq Şahmat Festivalının ümumi mükafat fondu 55.000 ABŞ dolları təşkil edir. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min dolları və xüsusi hazırlanan kuboku qazanacaq. Festivalın C turnirində hər yaş qrupunda (U8, U10, U12) qalib olacaq şahmatçılar Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcək.

Ən Çox Oxunan