17.5 C
Gence
17.5 C
Gence

Ölmüş heyvan cəmdəyi satmaq istəyən şəxs müəyyən edilib

Gəncədə yararsız ətin satışa çıxarılmasının qarşısı alınıb. Bu haqda 15 may tarixində AQTA-ya istinadən məlumat veririk.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri daxil olan məlumat əsasında şəhər ərazisində reyd keçiriblər. Nəticədə Keyti Məhəmmədəli oğlu Allaverdiyevə məxsus avtomobilin yük yerində baytarlıq-sanitariya ekspertizasından keçirilməyən, kəskin qoxuya malik 1 baş (93 kq) ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.

İlkin araşdırmalar nəticəsində istehlaka yarasız ət məhsulunun satış məqsədilə Daşkəsən rayonundan gətirildiyi məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan