Gəncəli gənc təltif olunub. Bu haqda Gencexeber.az-a 21 noyabr tarixində məlumat daxil olub.
Cari ilin 26 avqustunda Prezident İlham Əliyevin iştirakı ilə Laçın şəhəri günü qeyd edilib. Tədbirə Mədəniyyət Könüllüləri İctimai Birliyinin Azərbaycan Milli Konservatoriyası üzrə səfiri və Gəncədən seçilmiş ilk Mədəniyyət Könüllüsü Altun Süleymanov da qatılıb. Burada fəal iştirak edən gəncimiz ictimai birliyin sədri Ülviyyə Bəbirli tərəfindən təşəkkürnaməyə layiq görülüb.
Qeyd edək ki, təqdimat mərasimi bir neçə gün öncə baş tutub.