Gəncədə əlilliyi olan şəxslər arasında yarışlar keçirilib. Bu haqda noyabrın 29-u Kəpəz TV-yə istinadən məlumat veririk.
Şahmat, dama, nərd və qol güləşi üzrə yarışlarda Çernobıl hadisələri və Qarabağ müharibəsi ilə əlaqədar, həmçinin müxtəlif səbəblərdən əlilliyi olan şəxslər iştirak ediblər. Mübarizələrdə yer tutan iştirakçılar diplomlarla təltif olunublar. 4 idman növü üzrə qalib gələnlər 6-cı Ümumrespublika yarışlarına vəsiqə qazanıblar.
Yarışlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional filialının və Gəncə şəhəri Gənclər və İdman baş İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.