Gəncədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub. Bu haqda 1 iyun tarixində Apa-ya istinadən məlumat veririk.
Şənlik Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə baş tutub. Burada 150-dən çox şəhid övladları, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər. Tədbirə Gəncə Uşaq Evi və SOS Uşaq Kəndləri Gəncə filialının sakinləri də qatılıb. Onlara bayram süfrəsi açılıb, animator və klounlar balacaları əyləndirib. Həmçinin uşaqlar üçün maraqlı oyunlar təşkil edilib.


