Gəncədə restoranların birində nöqsanlar üzə çıxıb. Bu haqda 3 mart tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlamalar keçiriblər. Nəticədə Əhməd Cəmil küçəsi, 181 ünvanında yerləşən “Le Farn” restoranında qayda pozuntuları aşkarlanıb.
Burada qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktları üzə çıxıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.