12.5 C
Gence
10.5 C
Ganja

“Ləyaqət ölkəsinə xoş gəlmisiniz” oyununun final mərhələsi keçirildi

“Ləyaqət ölkəsinə xoş gəlmisiniz” oyunu yekunlaşıb. Bu haqda bu gün, 12 avqust tarixində Gencexeber.az Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Gəncədə keçirilən final oyununda Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, onun müavini Rəşad Qarayev, eləcə də Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov və Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov iştirak ediblər.

6 komanda arasında aparılan mübarizədə qaliblər aşağıdakı kimi olub:

  • I yer – Naftalan şəhərinin “Şuşa” komandası;
  • Il yer – Goranboy rayonunun “Viktoriya” komandası;
  • Ill yer – Gəncə şəhərinin “ASAN-2 Könüllülər Təşkilatı” komandası.

Adıçəkilən komandalar diplomla təltif olunublar. Digər 3 komandaya – Samux rayonunun “Aurora” komandası, Göygöl rayonunun “Kəpəz” komandası, Daşkəsən rayonunun “Günəş” komandasına isə təşəkkürnamə verildi.

Ümumilikdə müabiqədə 150 gənc iştirak etmişdir.

“Ləyaqət ölkəsinə xoş gəlmisiniz” oyununun final mərhələsi keçirildi
Foto Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi

Ən Çox Oxunan