16.4 C
Gence
16.4 C
Gence

Kukla Teatrının kollektivi Qaxa dostluq görüşünə yollanıb

Gəncə Dövlət Kukla Teatrının kollektivi Qaxa səfər edib. Bu haqda 13 yanvar tarixində Azərtac-a istinadən məlumat veririk.

Bu, Gəncə teatrının kollektivinin dostluq görüşləri çərçivəsində Qax Dövlət Kukla Teatrına ikinci səfəridir. İlk dostluq görüşü ötən ilin aprelində baş tutub.

Burada kollektivlər arasında yaradıcılıq söhbətləri, müzakirələr aparılıb. Gəncə Dövlət Kukla Teatrının direktoru, Əməkdar artist Fərmail Paşayev teatrın fəaliyyəti, qazandığı uğurlar barədə məlumat verib. Dostluq görüşlərinin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.

Sonra Gəncə teatrının yaradıcı heyəti qaxlı həmkarlarına Hafiz Ataxanlının “Dərdlərimin çamadanı” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edib. Tamaşanın quruluşçu rejissoru Fərmail Paşayev, rəssamı Məhəmməd Hacıyev, musiqi tərtibatçısı Şamil Məmmədlidir. Əsərin qəhrəmanını aktrisa Zülfiyyə Əliyeva ifa edib.

Qax teatrının kollektivi isə alman uşaq yazıçısı Otfrid Proyslerin “Balaca cadugər” əsəri əsasında səhnələşdirilmiş nağıl-tamaşasını təqdim edib.

Ən Çox Oxunan