24.7 C
Gence
24.7 C
Gence

“Kostya dayı”nın məzar daşı yenisi ilə əvəz olunub

Gəncədə məşhur məşqçinin məzar daşı yenilənib. Bu haqda 23 sentyabr tarixində “Kəpəz” futbol klubuna istinadən məlumat veririk.

Konstantin Abramenkonun köhnəlmiş məzar daşının yenisi ilə əvəz olunması “Kəpəz” FK İctimai Birliyinin İdarə Heyətinin təşəbbüsü ilə reallaşıb. Klubun rəhbərliyi, məşqçilər, futbolçular, veteranlar “Kostya dayı”nın Fəxri xiyabanda yerləşən məzarını ziyarət edib, önünə qərənfillər düzüblər.

Burada İdarə Heyətinin sədri İlqar Nadiri, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, baş məşqçilər Tərlan Əhmədov və Xaliq Mərdanov, “Kostya dayı”nın yetirmələri Mehman Allahverdiyev, Knyaz Məmmədov çıxış ediblər. Onlar xatirələrini bölüşərək, müəllimlərini böyük hörmətlə anıblar.

Ən Çox Oxunan