26.4 C
Gence
26.4 C
Gence

Komandamız yenidən basketbol üzrə çempionatda mübarizə aparacaq

Gəncə yenidən elitada təmsil olunacaq. Bu haqda 23 sentyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Şəhərimizi təmsil edən basketbol komandası Azərbaycan çempionatının 2022-2023-cü illər mövsümündə iştirak edəcək. Gəncə klubunun rəhbərliyi 2 illik fasilədən sonra yenidən güclü komanda formalaşdırmaq niyyətində olduğunu bildirib. Ən böyük transferin Amil Həmzəyev olacağı söylənilir. Gəncə basketbolunun yetirməsi İslam Həmrəyliyi Oyunlarının qalibi və gümüş mükafatçısıdır.

Təmsilçimiz ev oyunlarını doğma şəhərdə keçirəcək. Bu səbəbdən Olimpiya İdman Kompleksinin tələblərə uyğun şəraitə gətirilməsi üçün bir müddətdir ki, təmir-bərpa işlər aparılır. Bildirilir ki, kompleksdə hər cür şərait yaradılıb.

Qeyd edək ki, çempionat oktyabrın əvvəlində start götürəcək. Bu mövsüm çempion olacaq komanda Avroliqaya vəsiqə əldə edəcək. Təmsilçimizin ilk rəqibi “Sərhədçi” komandasıdır.

Ən Çox Oxunan