24.8 C
Gence
24.8 C
Gence

KOBİA və GİA nümayəndələri görüşüblər

Gəncədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gəncə İş Adamları (GİA) İctimai Birliyinin nümayəndələri görüşüb. Bu haqda 11 yanvar tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat paylaşıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov GİA-nin nümayəndəsi Zəfər Məmmədovla görüşdə sahibkarlığı müzakirə edib. Onlar fikir mübadiləsi aparıblar. Tədbirdə Gəncə-Daşkəsən iqtisadi rayonunda sahibkarlığın inkişafı, GİA ilə əməkdaşlıq perspektivləri, birgə tədbirlərin təşkili və regiona investisiyaların cəlb olunması haqda danışıblar.

 

Ən Çox Oxunan