Gəncədə KOB evi inşa edilir. Bu haqda 19 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
KOB evi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən tikilir. İdarənin bu ilin sonunda fəaliyyətə başlaması nəzərdə tutulub. Tikinti ilə bağlı icra başçısı Niyazi Bayramov “Gəncə KOB evi”ndə aparılan tikinti işləri ilə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, 2183 kv.m tikinti sahəsi olan “Gəncə KOB evi” 2 mərtəbədən və zirzəmidən ibarətdir.
Burada 70 xidmət masası quraşdırılacaq və Gəncə-Daşkəsən iqtisadi rayonundan olan sahibkarlıq subyektlərinə İqtisadiyyat Nazirliyi və onun qurumları, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, “Azərpoçt” MMC, “Azəriqaz” İB, “Azərsu” ASC, “Azərişıq” ASC və s. tərəfindən 150-yə yaxın dövlət-biznes (G2B) xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təşkilatlar tərəfindən isə 100-dək zəruri biznes-biznes (B2B) xidmətləri göstəriləcək.