Gəncədə yeni məşq zalı açılıb. Bu haqda 4 aprel tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) akkreditasiyasından keçmiş, Nizami Yurdunda fəaliyyət göstərən “Sensey” Kikboksinq İdman Klubunun yeni məşq zalının açılışı baş tutub. Burada Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları, Olimpiya Kompleksinin və idman cəmiyyətlərinin rəhbərləri, AKF-nin klub rəhbərləri, məşqçilər, idmançılar və iş adamları iştirak ediblər.
Həmid Nəsirov və digər fəxri qonaqlar yeni məşq zalının istifadəyə verilməsi ilə bağlı xoş sözlərini bildirərək, gələcəkdə kikboksinq idman növünün daha da inkişaf etməsində və idmanın kütləviliyinin artırılmasında bu zalın xidmətləri olacağından əmin olduqlarını deyiblər.