Gəncə idmançıları Sumqayıtda uğurla çıxış ediblər. Bu haqda 10 may tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
Sumqayıt Olimpiya İdman Kompleksində Kikboksinq üzrə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev” Kuboku keçirilib. Burada Nizami yurdunun yetirmələri medallar qazanıblar. Onların əldə etdiyi nəticələr aşağıdakı kimidir:
- Tunar Abbasov – 18 kq çəki dərəcəsində I yer;
- Cavidan Tağızadə – 20 kq çəki dərəcəsində I yer;
- Yusif Mustafayev – 28 kq çəki dərəcəsində I yer;
- Əli Məmmədzadə – 30 kq çəki dərəcəsində I yer;
- Elşən Xəlilov – 32 kq çəki dərəcəsində I yer;
- Elşən Xəlilov – +32 kq çəki dərəcəsində I yer;
- Sultat Kazımov – 37 kq çəki dərəcəsində I yer;
- Hüseyin Əliyev – 54 kq çəki dərəcəsində I yer;
- Elmir Mirzəyev – 57 kq çəki dərəcəsində I yer;
- Cahan Hüseynov – 28 kq çəki dərəcəsində II yer;
- Tamerlan Rzayev – 26 kq çəki dərəcəsində III yer;
- Məhəmməd Əliyev – 51 kq çəki dərəcəsində III yer.
Kubok yarışında hakim qismində Gəncənin yetirmələri WAKO beynəlxalq dərəcəli hakim Anar Məmmədov, Respublika dərəcəli hakimlər Nurlan Əliyev və Ayxan Bayramov yarışı idarə ediblər.