20.3 C
Gence
15.5 C
Ganja

Kikboksçularımız ölkə birinciliyinin qalibi olub

Gəncəli yeniyetmələr Azərbaycan birinciliyində qalib olublar. Bu haqda 5 iyul tarixində Oxu.az-a istinadən məlumat veririk.

Kikboksinq üzrə gənclər və yeniyetmə oğlan və qızlar arasında XXVI Azərbaycan birinciliyi baş tutub. Turnir Abşeron Olimpiya İdman Kompleksində keçirilib. Təmsilçilərimizdən yeniyetmə oğlanlar arasında -67 kiloqram çəki drəcəsində Razim Salmanov (“Kəlbəcər” idman klubu), gənclər arasında isə qız həmyerlimiz -48 kiloqramda Səbinə Məmmədova (“Sensey” idman klubu) birinci yerə layiq görülüblər.

Qeyd edək ki, bu yarışda özlərini yaxşı tərəfdən göstərən idmançılar 30 sentyabr – 9 oktyabr tarixlərində İtaliyanın Yezolo şəhərində uşaq, yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak etmək imkanı əldə edəcəklər.