Kibergigiyena üzrə tədbir təşkil edilib. Bu haqda noyabrın 18-i İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Kibergigiyena üzrə I Beynəlxalq Konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM), Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin, həmçinin “B.EST Solutions” MMC-nin təşkilatçılığı ilə baş tutub.
Konfrans “Təhlükəsiz Rəqəmsal Mühit” devizi altında baş tutub. Tədbirdə adıçəkilən qurum rəhbərləri iştirak ediblər. Konfransa spiker qismində qatılan NATO tərəfindən mükafatlandırılmış Estoniyanın “CybExer Technologies” şirkətinin həmtəsisçisi Lauri Almanın, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanovun, “ByteLife Solutions” şirkətinin baş icraçı direktoru Janek Gridinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş informasiya təhlükəsizliyi mütəxəssisi Tural Məmmədovun, “CybExer Academy/RiskSight”ın baş əməliyyat direktoru Markus Münzerin kibergigiyena üzrə müxtəlif mövzularda çıxışları dinlənilib.
Konfrans çərçivəsində bir sıra dövlət qurumları “Kibergigiyena” platformasından aktiv istifadəyə görə, həmin dövlət qurumlarının əməkdaşları isə platformanın tətbiqində göstərdikləri dəstəyə görə təşəkkürnamə ilə təltif olunublar.
Təşəkürnamə ilə təltif olunanlar sırasında Gəncə Şəhər İcra Hakimiyəti və Gəncə Şəhər İcra Hakimiyə başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Emin Abbasov da yer alıb.