Gəncədə iki nəfər zəhərlənib. Bu haqda 5 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb. 53 yaşlı Mayıl Abdullayev və 48 yaşlı Ruhiyyə Bağırova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Sakinlərin vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.