Gəncədə iki istehsal müəssisəsində reydlər keçirilib. Bu haqda 3 aprel tarixində AQTA-ya istinadən məlumat veririk.
AQTA-nın müfəttişləri çörək istehsalı müəssisələrinə baxış keçiriblər. Yoxlama nəticəsində nöqsanlar aşkar edilən obyektlər aşağıdakılardır:
- N.Nərimanov küçəsi, 54 ünvanında fiziki şəxs İbrahimova Qəribəyə məxsus çörək sexi;
- 1-ci mikrorayonda yerləşən “Arizoğlu” MMC-yə məxsus çörək sexi.
Burada qida təhlükəsizliyi sahəsində texniki-normativ-hüquqi aktların pozulması faktları aşkarlanıb. Həmin nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və aradan qaldırılması üçün vaxt verilib.