19.1 C
Gence
19.1 C
Gence

İki nəfər oğurluqda şübhəli bilinir

Gəncədə şəhər sakinləri oğurluq üstündə saxlanılıblar. Bu haqda 17 aprel tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.

4-cü Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə şəhər sakinləri İ.Həsənpur və R.Abdullayev saxlanılıblar. Onlar şəhər ərazisində “VAZ-2106” markalı bir avtomobildən içərisində pul olan cüzdan, maqnitofon, avtomobilin salon güzgüsü və digər əşyalar oğurlamaqda şübhəli bilinirlər.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan