Gəncədə iki nəfər köməksiz qalıb. Bu haqda 1 aprel tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
FHN-nin “112″ qaynar telefon xəttinə iki nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb ediliblər.
Onlar vətəndaşlara müvafiq köməklik göstərərək liftdən çıxarıblar.