20.8 C
Gence
20.8 C
Gence

İki nəfər dəmir boruları oğurlayaraq satmaqda şübhəli bilinir

Gəncədə iki nəfər oğurluq üstündə tutulub. Bu haqda Gencexeber.az-a 26 aprel tarixində məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata əsasən, 3-cü Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Ruslan Lepexov və Aqşin Məmmədov adlı şəxslər saxlanılıblar.

Onlar 2 müxtəlif ünvandan Gəncə Sukanal TSC-yə məxsus boruların oğurlanmasında şübhəli bilinirlər. Hər iki şəxs ifadəsində binaların zirzəmisində olan dəmir boruları oğurlayaraq metal qəbuletmə məntəqələrinə satdıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırmalar aparılır.

Ən Çox Oxunan