Gəncədə müəllimlər müsabiqədə qalib olublar. Bu haqda 17 aprel tarixində Regional Təhsil idarəsinə istinadən məlumat veririk.
Milli Məclisin Mədəniyyət Komitəsi ilə AzEdu.az Təhsil Portalının birgə həyata keçirdiyi “İlin Gənc Müəllimi-2022” müsabiqəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib. Burada Nizami yurdunun müəllimləri də yer alıblar.
Müsabiqədə qalib olan İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan-dili və ədəbiyyat müəllimi Səltənət Qurbanova və Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin ingilis dili müəllimi Leyla Camalzadə diplom və hədiyyə ilə təltif ediliblər.
Daha sonra müəllimlər layihənin rəhbəri Elşad Eyvazlının təşkilatçılığı ilə Milli Məclisin Mədəniyyət komitəsində olublar. Komitə sədri Qənirə Paşayeva onlara bu çətin peşədə uğurlar arzulayıb.