Gəncədə fiziki tərbiyə müəllimləri təltif olunublar. Bu haqda 8 aprel tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
İdarənin rəisi Həmid Nəsirov İdman müəllimləri ilə görüşüb. Gəncə şəhər 6 və 11 nömrəli tam orta məktəblərinin fiziki tərbiyə rəhbərləri yubileyləri münasibətilə təbrik olunublar. İdmanın inkişafına verdikləri töhvələrə görə Şaiq Namazov 60 illik yubileyi və Arif Cəfərovun 50 illik yubileyi münasibətilə Təşəkkürnamələrlə təltif ediliblər.