Gəncədə iki iaşə obyektində nöqsanlar aşkarlanıb. Bu haqda 5 may tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri şəhər ərazisində yerləşən kafe və restoranlarda yoxlama keçiriblər. Yoxlama nəticəsində qayda pozuntuları aşkar edilən obyektlər aşağıdakılardır:
- Üzeyir Hacıbəyov küçəsində yerləşən “Dost Qapısı” restoranı;
- Nəriman Nərimanov prospekti, 7-ci döngə, ev 29 ünvanında yerləşən “Eden” restoranı.
Hər iki obyektdə baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktı üzə çıxıb. Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.