Gəncəli şagird yarışda uğurlu çıxışı ilə fərqlənib. Bu haqda məlumat mayın 31-i sosial şəbəkələrdə paylaşılıb.
Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində karate-do idman növü üzrə açıq birincilik keçirilib. Ziya Məmmədli 25 kiloqram çəki dərəcəsində 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, Məmmədli 27 nömrəli məktəb-liseyin 1-ci sinif şagirdidir.

