16.9 C
Gence
16.9 C
Gence

Kiçik cüdoçumuz qızıl medal qazanıb

Azyaşlı şagirdimiz cüdo yarışının birincisi olub. Bu haqda məlumat iyunun 8-i sosial şəbəkələrdə paylaşılıb.

Gəncə Olimpiya İdman Klubunda cüdo üzrə 2012-2014-cü il təvəllüdlü idmançılar arasında açıq birincilik keçirilib. Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Tuncay Əliyev yarışa qatılıb.

24 kiloqram çəki dərəcəsində çıxış edən Tuncay yekunda 1-ci yerə layiq görülüb. Çempionumuz qızıl medal və diplomla təltif edilib.

Ən Çox Oxunan