8.6 C
Gence
8.6 C
Gence

Kişi arvadının gözlərini çıxardı, daha sonra özünü oldürdü

Gəncədə kişi arvadının gözlərini çıxarıb. Bu haqda Gencexeber.az-a 11 noyabr tarixində məlumat daxil olub.

Hadisə 10 noyabr axşam 20:00 radələrində Üzeyir Hacıbəyli küçəsində yerləşən evlərin birində qeydə alınıb. 57 yaşlı Səttar Cəlilov 40 yaşlı həyat yoldaşı Hüsniyə Quliyevanın qollarını bağlayıb, daha sonra hər iki gözünü bıçaqla çıxarıb. Ardınca o, özünün ürək nahiyəsinə bir bıçaq zərbəsi vuraraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hüsniyə Quliyeva xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub. Xəstəxanadan bildirilib ki, qadının gözünün biri bu gün amputasiya ediləcək. Onun vəziyyətinin ağır olduğu deyilir.

Cinayətin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Hadisə cütlüyün qız övladının gözü qarşısında baş verib. 9-cu sinifdə oxuyan oğlunun isə bundan bir neçə dəqiqə öncə atası tərəfindən dükana göndərildiyi bildirilir.

Cütlük bir müddət küsülü olub. Cəlilov cərrahi əməliyyat olunduğuna görə qadın ona baxmaq üçün yenidən evinə qayıdıbmış.

 

Ən Çox Oxunan