Gəncədə iki şəhid torpağa tapşırılıb. Bu haqda Gencexeber.az-a 23 sentyabr tarixində məlumat daxil olub.
Şəhid Həsən Həsənov və Talıb Əliyevin nəşi doğma şəhərə gətirilib. Mərhumlarla vida mərasimləri keçirilib. Daha sonra onların ailələri, qohumları, yaxınları, şəhər sakinləri və rəsmilərin müşayəti ilə cənazələri dəfn olunub.
Həsən ailəsinin istəyi ilə İmamzadə qəbiristanlığı, Talıb isə Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Mərhumların məzarına güllər qoyulub, ruhlarına dualar oxunub.