25.6 C
Gence
20.5 C
Ganja

İki həftəyə 40 000 imza: səsimizə Türkiyə, İsrail və İran səs verir. Bəs sən?

Həmvətənlərimizin yaratdığı petisiyanı cəmi iki həftə ərzində 40.000 nəfər imzalayıb.

Fransa Senatının altı üzvü tərəfindən baxılması noyabrın 15-nə planlaşdırılan qətnamə layihəsi irəli sürülüb. Bu sənəddə ölkəmizə qarşı ittihamlar, Fransa hökumətinə və digər Avropa ölkələrinə “Azərbaycandan qaz və neft idxalına embarqo” qoyulmasına dair çağırışlar əks olunub.

Petisiyanın müəllifləri Azərbaycanın fərqli şəhər və rayonlarından olan 10 vətəndaşdır. Onların təşəbbüsü Türkiyə, İsrail və İran tərəfindən dəstəklənib və bu ölkələrin media resurslarının gündəmindədir.

Bundan əlavə, Fransanın Mesopinions.com petisiya saytında yerləşdirilən petisiyanın rəylərinə baxış keçirdikdə, fransız xalqının da bizə dəstək olduğunu görmək mümkündür.

Ölkəmizə qarşı yalan ittihamlara cavab olaraq Bakıda və Moskvada yerləşən Fransa səfirliyinin önündə müvafiq olaraq 15 və 19 oktyabr tarixlərində aksiyalar keçirilib.

Hər kəsi həmrəy olmağa dəvət edirik. Petisiyanın daha çox insan tərəfindən görülməsi və imzalanması üçün dəstək göstərək və paylaşaq.

Petisiyanın azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Petisiyanın TÜRK dilində imzalanma qaydası

Səsimizi Avropada eşitdirmək üçün daha çox dəstəyə ehtiyacımız var. Biz birlikdə güclüyük!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq