Gəncə təmsilçiləri Azərbaycan çempionatından medalla ayrılıblar. Bu haqda 3 dekabr tarixində Azərbaycan Cüdo Federasiyasına istinadən məlumat veririk.
2 dekabrda qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının ilk yarış günü keçirilib. Turnirin ilk qaliblərinin adları açıqlanıb. Onların arasında Nizami yurdunun yetirmələri də var. Medal qazanan idmançılarımızın adlarını təqdim edirik:
- Könül Əliyeva – (-48) kiloqram çəki dərəcəsində III yer;
- Turan Bayramov – (-60) kiloqram çəki dərəcəsində III yer.