Gəncədə keçmiş məhkum saxlanılıb. Bu haqda 10 iyun tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş R.Əliyevin şəhər ərazisində torpağa basdırdığı 2 ədəd nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 2 ədəd avtomat patronu aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.