Gəncə sakinləri oğurluq üstündə tutulublar. Bu haqda 21 aprel tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Samux Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri R.Həsənov və C.Xəlilov saxlanılıblar.
Onlar Samux rayonunun Qarayeri qəsəbəsindəki evlərin birindən 1400 manat dəyərində məişət əşyaları, 2 ədəd otbiçən və 400 kiloqram metal qırıntılar oğurlamaqda şübhəli bilinirlər.
Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.