22.5 C
Gence
22.5 C
Gence

Keçmiş məhkumdan narkotik tapılıb

Gəncə sakini narkotik üstündə tutulub. Bu haqda Gencexeber.az-a 1 may tarixində məlumat daxil olub.

Dəmir Yolunda Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş Bəxtiyar Şəmsi saxlanılıb. O, narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinirdi.

Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan