Gəncədə şəhər sakinini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda 26 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Şəhərin Nəriman Nərimanov küçəsində baş verən bıçaqlanma hadisəsi barədə məlumat vermişdik. Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.
Nəticədə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəhər sakini Çingiz Vəliyev saxlanılıb. O, İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.
Faktla bağlı araşdırmalar aparılır.