Gəncə sakini oğurluq üstündə saxlanılıb. Bu haqda Gencexeber.az-a 31 mart tarixində məlumat daxil olub.
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Nizami Əliyev və Bakı şəhər sakini Mahir Talıbov saxlanılıblar.
Onlar müxtəlif vaxtlarda rayon ərazisində 31 evdən ümumi dəyəri 36.000 manatdan çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.