Gəncədə keçmiş həyat yoldaşını qətlə yetirən Qafar Amanov 17 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda martın 11-i Report-a istinadən xəbər veririk.
Bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub. Proses hakim Dadaş İmanovun sədrliyi ilə keçirilib.
Xatırladaq ki, Amanov şəxsi münasibətlər zəminində Günay Amanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirmişdir. Daha sonra o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.